Şagirdlər yol hərəkəti qaydaları ilə bağlı maarifləndirildi

Cəmiyyət

16.05.2025 18:05

9

BMT-nin 8-ci Qlobal Yol Təhlükəsizliyi Həftəsi çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə birgə Bakı Avropa Liseyində yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici tədbir təşki edib.

Məqsəd məktəbliləri yol qəzalarından qorumaq, yol istifadəçiləri arasında təhlükəsiz və məsuliyyətli davranış mədəniyyətini formalaşdırmaqdır. 

Bu barədə TodayPress TV-yə AYNA-dan məlumat verilib.

Şagirdlərlə yol hərəkətinin təhlükəsizliyi mövzusunda interaktiv sessiya təşkil edilib.

Mövzuya dair bukletlər paylanılıb, məktəbin dəhlizlərinə maarifləndirici posterlər yerləşdirilib.

Məktəblilərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumat verilib, yol keçərkən daha diqqətli olmaları tövsiyə edilib.

Şagirdlər yol hərəkəti nişanları ilə tanış olublar. 

Yol hərəkəti təhlükəsizliyi həftəsi çərçivəsində liseyin qarşısında qaldırılmış piyada keçidi təşkil olunub, səkilər təmir edilərək daha təhlükəsiz hala gətirilib.

tag: AYNA,Şagirdlər,Yol,Maarifləndirmə,Todaypress.tv,

photo