AHİK-in yeni inkişaf strategiyası açıqlandı

Cəmiyyət

12.08.2025 11:49

“AHİK-in 2025-2027-ci illəri əhatə edən inkişaf strategiyası təsdiqlənib”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müşaviri Elkiyar Ziyadov konfederasiyanın məbuat konfransında deyib.

O, nəzərdə tutulan layihələrdən bəhs edib:

“bp” şirkəti ilə olan anlaşma çərçivəsində rəqəmsal laboratoriyanın yaradılmasına başlanılıb. Həmçinin Beynəlxalq Əmək Təşkilatı ilə anlaşma memorandumu imzalanacaq. Kommunikasiyanın inkişafı üçün çağrı mərkəzi yaradılıb. Sualların cavablandırılması üçün mövcud çağrı mərkəzinə müraciət edə bilərsiniz”.

E.Ziyadov bildirib ki, AHİK-in fəaliyyətinin müasir dövrlə ayaqlaşması önəmlidir:

“Rəqəmsal funksionallığın təmin edilməsi təşkil olunub, sənəd dövriyyəsi tam elektronlaşdırılıb. Rəqəmsal layihələrimiz davam edir. Həm inzibati binalarda, həm də bütün sanatoriyalarda, istirahət mərkəzlərində müasir internet şəbəkəsi qurulub və tam rəqəmsal infrastruktur yaradılıb”.

Sədr müşaviri sonda “Görməyə dəyər” layihəsindən də bəhs edib. Bu layihədə göz müayinələri nəzərdə tutulur. 

Qiymət Mahir

tag: AHİK,Tədbir,Mətbuat,Konfrans,Todaypress.tv,