Şabran şəhərində yol nişanlanma işləri həyata keçirildi

Cəmiyyət

27.08.2025 16:25

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Şabran şəhərində yol hərəkətinin təhlükəsizliyinin artırılması və nəqliyyatın fasiləsizliyinin təmin olunması məqsədilə nişanlanma işləri aparılıb.

Bu barədə TodayPress TV-yə AYNA-dan məlumat verilib.

Şəhərin Heydər Əliyev prospekti, 20 Yanvar, M.Ə.Rəsulzadə və Ağalar Mirzə küçələrində, ümumilikdə 33 kilometr ərazidə üfüqi nişanlanma xətlərinin yenilənməsi həyata keçirilib.

Bununla yanaşı, sözügedən ərazilərdə 16 nizamlanmayan piyada keçidi yenilənib və müvafiq yol nişanları quraşdırılıb.

Yol nişanlanma işləri mərhələli şəkildə digər bölgələr üzrə də davam etdiriləcək.

tag: AYNA,Yol,Nişanlama,şabran,Todaypress.tv,

photo
photo
photo
photo