Bakı-Sumqayıt avtobusunda təhlükəli anlar: Sərnişin dişlərini itirdi

Cəmiyyət

08.10.2025 18:07

8 oktyabr səhər saatlarında Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən avtobusda təhlükəli hadisə baş verib. 

Sərnişinlərin TodayPress TV-yə verdiyi məlumata görə, avtobus 20 Yanvar metrosu yaxınlığında dayanacaqda saxlayarkən sürücü qəfil şəkildə yenidən hərəkət edib və dərhal əyləcə basıb.

Hadisə zamanı ayağa qalxan sərnişinlər tarazlığını itirərək bir-birinin üstünə yıxılıb.

Zərərçəkənlərdən biri 5 dişini itirdiyini bildirib:

"Avtobus dayanacaqda saxladı. Sərnişinlər də düşmək üçün ayağa qalxmışdılar. Sürücü bu vaxt qəfil şəkildə avtobusu hərəkətə gətirdi və əyləcə basdı. Nəticədə isə hamı bir-birinin üstünə yıxıldı. Mənim çənəm qarşıdakı şəxsin başına dəydi və beş dişimi itirdim", - deyə sərnişin bildirib.

Qeyd edək ki, hadisə ilə bağlı müvafiq qurumlara müraciət olunub. 

Sərnişinlər sürücülərin məsuliyyətsiz davranışına qarşı ciddi tədbir görülməsini tələb edirlər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Bakı,Sumqayıt,Avtobus,Sərnişin,Todaypress.tv,