Qadağalar və əlçatmaz hədəflərə duyulan maraq: Psixoloq SƏBƏBLƏRDƏN DANIŞDI
Cəmiyyət
14.08.2025 18:01
Sosial əlaqələrdə diqqət çəkən məsələlərdən biri insanların evli və ya münasibətdə olan şəxslərə göstərdiyi diqqətdir. Maraqlıdır ki, bu həvəs bəzən yalnız imkanlı adamlara deyil, maddi durumu zəif olanlara da yönəlir.
Mövzu ilə bağlı psixoloq Zeynəb Əyyubova TodayPress TV-yə açıqlamasında bildirib ki, bəzən evli və ya münasibətdə olan şəxslərə duyulan maraq bir sıra psixoloji və ictimai amillərlə bağlıdır.
Onun sözlərinə görə, bu diqqətin əsas səbəblərindən biri "qadağan olunana qarşı həvəs" fenomenidir:
"İnsan psixologiyasında əlçatmaz və ya başqasına aid olan nəsnələr daha cazibədar görünür. Burada sevgi hissindən çox, qazanmaq arzusu, özünü təsdiqləmə ehtiyacı və rəqabət motivləri ön plandadır".
Psixoloq əlavə edib ki, bəzi hallarda belə davranış qısqanclıqdan irəli gəlir. İnsan qarşı tərəfin xoşbəxtliyini görüb, onu əldə etməklə özünü daha üstün hiss etməyə çalışır. Bu, əslində sağlam əlaqə qurmaq deyil, eqonun təmin olunmasıdır.
Onun fikrincə, sağlam münasibətlər qarşılıqlı hörmət və dürüstlük üzərində formalaşır:
"Başqasının əlaqəsinə müdaxilə etmək nə sevgi, nə də xoşbəxtlik gətirir, əksinə, psixoloji zərər və etibarın pozulmasına səbəb olur", - deyə Zeynəb Əyyubova fikrini yekunlaşdırıb.
Türkan İsgəndərli
tag: Zeynəb Əyyubova,Psixoloq,Qadağa,Maraq,Todaypress.tv,
