Polis mayoru valideynlərə çağırış etdi

Cəmiyyət

04.06.2025 12:35

“Kiber Cinayətkarlıqla Mübarizə Baş İdarəsi və Cinayətkarlıqla Mübarizə Baş İdarəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə əlaqə çərçivəsində kibercinayətkarlıqla mübarizə aparır. Bu istiqamətdə tədbirləri davam etdirir”.

TodayPress TV xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisinin müavini, polis mayoru İmran Əliyev bunu “Uşaqların kiber mühitdə müdafiəsi və rəqəmsal təhlükələrə qarşı birgə fəaliyyət” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

O diqqətə çatdırıb ki, maarifləndirmə tədbirləri çərçivəsində məktəblərdə, təhsil müəssisələrində 200 mindən çox maarifləndirmə tədbiri keçirilib və 2 minə yaxın buklet paylanılıb. 

“Son iki ay ərzində Komitə ilə birgə əməkdaşlıq çərçivəsində uşaqların zərərli informasiyalardan qorunması ilə bağlı monitorinqlər aparılıb. Hazırda bu istiqamətdə tədbirlər davam edir, amma görülmüş tədbirlərin heç biri valideyn nəzarətini əvəz edə bilməz”.

Polis mayoru bir daha valideynlərə çağırış edərək, onları övladlarının zərərli internet resurslarından qorunması üçün nəzarəti əldən verməməyə çağırıb. 

Töhfə Səməd

tag: DİN,Polis,Valideyn,Müraciət,Todaypress.tv,