Beynəlxalq axtarışda olan şəxs Tacikistana təhvil verildi
Cəmiyyət
05.08.2025 15:04
Təkrar və xeyli miqdarda dələduzluqda ittiham edilərək 2021-ci ildə dövlətlərarası axtarışa verilmiş Tacikistan Respublikasının vətəndaşı 1973-cü il təvəllüdlü Şaripova Rano Sirojevnanın verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.
Bu barədə TodayPress TV-yə Baş Prokurorluqdan məlumat verilib.
Təqsirləndirilən Rano Şaripova cari ildə ölkəmizdə müəyyən edilərək həbs edilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilib.
tag: Azərbaycan,Özbəkistan,Şəxs,Ekstradisiya,Todaypress.tv,