Nəsimi Rayon Bələdiyyəsində korrupsiyaya qarşı mübarizə və ictimai nəzarət mövzusunda tədbir keçirildi

Nəsimi Rayon Bələdiyyəsində korrupsiyaya qarşı mübarizə və ictimai nəzarət mövzusunda tədbir keçirildi
10.07.2026 12:30 Cəmiyyət

Nəsimi Rayon Bələdiyyəsində "Korrupsiyaya qarşı mübarizə, şəffaflıq və ictimai nəzarətin gücləndirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması" mövzusunda tədbir keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə Nəsimi Rayon Bələdiyyəsinin sədri Əziz Zeynalov, Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Rauf Zeyni, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli, bələdiyyə nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, media nümayəndələri, şəhid ailələrinin üzvləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən natiqlər Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar, dövlət idarəçiliyində şəffaflığın artırılması, ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi və vətəndaş cəmiyyətinin bu proseslərdə rolundan danışıblar. Çıxışlarda qanunvericilik bazasının təkmilləşdirilməsi, mövcud qanunların effektiv icrası, bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi, ictimai iştirakçılığın genişləndirilməsi və dövlət-vətəndaş əməkdaşlığının inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Bildirilib ki, korrupsiyaya qarşı mübarizədə təkcə hüquqi mexanizmlərin deyil, həm də maarifləndirmə tədbirlərinin, ictimai nəzarətin və media fəallığının mühüm rolu var. Eyni zamanda, elektron xidmətlərin inkişafı, bələdiyyələrin institusional imkanlarının artırılması və beynəlxalq təcrübənin öyrənilməsinin bu sahədə müsbət nəticələr verə biləcəyi qeyd olunub.

Tədbir çərçivəsində iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıb, korrupsiyaya qarşı mübarizə, şəffaflığın təmin olunması və ictimai nəzarətin gücləndirilməsi istiqamətində təkliflərini səsləndiriblər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUL 2026
Bütün Xəbərlər