Məhkumluğa cəlb olunmuşlara yeni fürsətlər – ƏFV

Cəmiyyət

26.05.2025 12:57

72

"Əfv Sərəncamının imzalanması dövlət başçımızın apardığı siyasi kursunun təməlində humanizm prinsiplərinin dayandığını təsdiq edir". 

Milli Məclisin deputatı Azər Badamov bunu TodayPress TV-yə danışarkən deyib. 

Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən imzalnan əfv sərəncamları ictimaiyyət arasında böyük sevinclə qarşılanır. 

"Bu, məhkumluğa cəlb olunmuş şəxslər üçün verilən yeni bir fürsətdir. Onlar yenidən normal həyata qayıtmaqla özlərini təsdiq etmək imkanı əldə edirlər. Bu günə qədər imlzalanmış əfv sərəncamları azadlıqa çıxmış insanların  törətdikləri əməllərindən nəticə çıxartdığını göstərir".   

Millət vəkilinin fikrincə, cəmiyyət üçün xüsusi təhlükə hesab olunmayan şəxslərin öz ailələrinə qaytarılması təqdirəlayiq haldır. Bu sərəncamlar hər bir əfv olunanla yanaşı onların ailə üzvülərinin və yaxınlarının da sevincinə səbəb olur. 

"Bu baxımdan dövlət başçısının imzaladığı əfv sərəncamları cəmiyyət tərəfindən böyük intizar və sevinclə gözlənilir", - deyə o, nitqini sonlandırıb.   

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb. Əfv Sərəncamı 200-dən çox şəxsə şamil olunub.

Töhfə Səməd

tag: Azər Badamov,Deputat,Əfv,Sərəncam,Todaypress.tv,

photo