MEDİA jurnalistlər üçün müsabiqə elan etdi
Cəmiyyət
30.10.2025 11:33
Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.
Bu barədə TodayPress TV xəbər verir ki, bu barədə MEDİA-dan məlumat verilib.
Bildirilib ki, müsabiqənin əsas şərti müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış materialı təqdim etməkdir.
Müsabiqəyə təqdim edilən materiallar:
Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində çap mediası və onlayn media subyektində dərc olunmuş hər hansı bir yazısını aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:
– ən yaxşı reportaj;
– ən yaxşı ictimai-siyasi təhlil;
– ən yaxşı sosial-iqtisadi təhlil;
– ən yaxşı müsahibə;
– ən yaxşı mədəniyyət materialı;
– ən yaxşı köşə yazısı;
– ən yaxşı jurnalist araşdırması;
– ən yaxşı oçerk.
Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində audiovizual media subyektində yayımlanmış və həcmi (xronometrajı) ən çoxu 5 (beş) dəqiqə olan süjetini aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:
– ən yaxşı ictimai-siyasi reportaj;
– ən yaxşı sosial-iqtisadi reportaj;
– ən yaxşı tematik (idman, mədəniyyət və s.) reportaj.
Materialların qiymətləndirilməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 (üç) müstəqil ekspert tərəfindən həyata keçirilir.
Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 (beş) jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 5 (beş) jurnalist və 5 (beş) operator qalib elan edilir və mükafatlandırılır.
Müsabiqəyə müraciət qəbulu 7 noyabr 2025-ci il 18:00 tarixinədək davam edəcəkdir.
MEDİA – fərdi jurnalist müsabiqəsinin keçirilməsi qaydaları ilə buradan tanış ola bilərsiniz.
Müsabiqə qaydaları
Müraciət forması
tag: MEDİA ,Müsabiqə,Müraciət,Jurnalist,Todaypress.tv,
 
        
 
                                ![Rusiyada [[Azərbaycan diasporunun rəhbəri vətəndaşlıqdan çıxarıldı]]](/uploads/news/68eff0c07939d.webp) 
                                            ![[[XƏBƏRDARLIQ:]] Qızmar diskomfort hava şəraiti gözlənilir](/uploads/news/68739cb7ba0c2.webp) 
                                            ![35 dərəcə isti olacaq [[- SABAHIN HAVASI]]](/uploads/news/689706af1707b.webp) 
                                            ![[[Elşad Miri:]] "Din biznes yeri deyil, satılan din artıq həmin adamların deyil"](/uploads/news/68e631b8e7d1e.webp) 
                                            ![Yağış yağacaq – [[SABAHIN HAVASI]]](/uploads/news/68f2025a31208.webp) 
                                            ![[[AAYDA:]] Sumqayıt-Saray körpüsü ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir](/uploads/news/68482eb2aed24.webp) 
                                            ![Uşaqlara qarşı zorakılıq niyə artır? [[– Sosioloq açıqladı]]](/uploads/news/6839b97593918.webp) 
                                            ![[[Erkən nikah hallarının qarşısının alınması]] ilə bağlı tədbir keçirildi](/uploads/news/6834799d0dc3e.webp) 
                                            ![DSX-də [[Gənc əsgərlərin andiçmə mərasimi]] keçirildi](/uploads/news/683d5765bc46f.webp) 
                                            ![Taksi sürücüləri üçün [[təlimlər]] davam etdirilir](/uploads/news/68516ea67b68e.webp) 
                                            