KOBİA sədri: “Bizneslərin yaşıl texnologiyalara keçidi təşviq olunur”
“Biz KOB-ların yaşıl keçidini təşviq etməyə sadiqik”.
TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Biznes Forumunun 10-cu Sessiyasında Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
“COP-29 zamanı başlatdığımız Bakı İqlim Koalisiyası, bizneslərin dayanıqlı təcrübələri qəbul etməsinə, ətraf mühitə təsirlərini azaltmasına və yaşıl texnologiyaları öz əməliyyatlarına inteqrasiya etmələrinə kömək etməyə yönəlib. Bu təşəbbüs, dayanıqlı iqtisadi inkişafı təşviq edən daha geniş AQEM gündəliyi ilə uyğun gəlir və digər üzv dövlətlərdə oxşar layihələr üçün model ola bilər”.
Töhfə Səməd
tag: Orxan Məmmədov,KOBİA,KOB,İnkişaf,Todaypress.tv,