İsmayıllıda alban tayfalarına aid qəbiristanlıqlar, ibadətgah qalıqları və məişətə dair materiallar aşkarlandı

Cəmiyyət

28.06.2025 16:20

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə İsmayıllı rayonunda qədim alban tayfalarının izləri sənədləşdirilir. Tarix elmləri doktoru, professor Məhəbbət Paşayevanın rəhbərliyi ilə həyata keçirilən antropoloji ekspedisiya qədim alban tayfalarının tarixi-mədəni izlərinin araşdırılması baxımından mühüm nəticələr verib.

Bu barədə İnstitutdan TodayPress TV-yə verilən məlumata görə, tədqiqatlar nəticəsində Qafqaz Albaniyasının etnik, dini və mədəni mirasına dair yeni məlumatlar əldə olunub, bu sahədə elmi ictimaiyyət üçün xüsusi əhəmiyyət kəsb edən faktlar qeydə alınıb.

Ekspedisiya çərçivəsində rayonun Qalağah, Vəng, Hapıt, Gənzə, Tubukənd, Qalacıq, Qoşakənd, Mollaisaklı, Hacıhətəmli və Basqal kimi kəndlərində aparılan tədqiqatlar nəticəsində alban tayfalarına aid qəbiristanlıqlar, xaçdaşlar, ibadətgah qalıqları və məişətə dair materiallar aşkar olunub.

tag: İsmayıllı,Alban,Tayfa,Qalıq,Todaypress.tv,

photo
photo