III MDB Oyunlarının iştirakçıları Şuşanı ziyarət etdilər

Cəmiyyət

05.10.2025 21:45

III MDB Oyunları çərçivəsində Xankəndidə kamandan oxatma yarışları başa çatdıqdan sonra idmançılar və nümayəndə heyətlərinin üzvləri Şuşaya səfər ediblər.

TodayPress TV xəbər verir ki, qonaqlar şəhərin tarixi və mədəni abidələri – Mərkəzi Meydan, “Xan qızı” bulağı, Şuşa qalası, Yuxarı Gövhər Ağa məscidi və Cıdır düzünü ziyarət ediblər. Onlara Şuşanın tarixi və mədəni əhəmiyyəti barədə məlumat verilib.

Səfərin sonunda iştirakçılar xatirə fotoları çəkdirib və gün dostluq mühitində keçirilən şam yeməyi ilə yekunlaşıb.

TodayPress TV

tag: Şuşa şəhəri,Xankəndi,III MDB Oyunları,Ziyarət,Todaypress.tv,

photo