Hava nəqliyyatı ilə sərnişin daşımaları 7%-dən çox artdı

Hava nəqliyyatı ilə sərnişin daşımaları 7%-dən çox artdı
17.06.2025 17:28 Cəmiyyət

Bu ilin yanvar-may aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1 495,5 min və ya 7,3% çox sərnişin daşınıb.

Bu barədə Dövlət Statistika Komitəsindən TodayPress TV-yə verilən məlumata görə, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilıb.

Məlumata görə, hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 0,4% azalaraq 161,3 min ton olub.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər