“Gənc Qazilər” İctimai Birliyi fəaliyyətini dayandırdı

Cəmiyyət

29.05.2025 01:44

“Gənc Qazilər” İctimai Birliyi fəaliyyətini dayandırıb. 

TodayPress TV xəbər verir ki, bu barədə ictimai birlik məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, “Gənc qazilər” İctimai Birliyi yarandığı gündən qazilərin sosial müdafiəsinin gücləndirilməsi, cəmiyyətə inteqrasiyası və vətənpərvərlik dəyərlərinin təbliği istiqamətində fəaliyyət göstərib.

"Lakin son dövrlər yaranmış bir sıra obyektiv və subyektiv səbəblər, o cümlədən təşkilati fəaliyyətin davamlılığında çətinliklər, üzvlər arasında əlaqələrin zəifləməsi və ictimai gözləntilərlə uzlaşmayan durumlar nəzərə alınaraq, təşkilatın fəaliyyəti ilə bağlı geniş müzakirələr aparılıb.

Yekun nəticə olaraq, birliyin fəaliyyətinin bu mərhələdə dayandırılmasının daha məqsədəuyğun olduğu qənaətinə gəlmişik. Bu qərar heç bir fərdi münasibət və ya emosional yanaşma ilə deyil, təşkilatın ümumi mənafeyi və gələcəkdə bu sahədə daha sağlam təşəbbüslərin təşviqinə dəstək məqsədi ilə verilib.

Biz, İdarə Heyətinin üzvləri olaraq, bu birlikdə iştirak etmiş bütün üzvlərə təşəkkür edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. İctimai Birlikdə təmsil olunan üzvlər bundan sonra da dövlətimizin yanında olacaq, qazilərimizin hüquq və maraqlarının bundan sonra daha şəffaf, məqsədyönlü və ədalətli platformalar üzərindən müdafiə olunacağına inanırıq".

tag: Gənc Qazilər, İctimai Birlik, CƏmiyyət,todaypress.tv,