Fazil Mustafa: “Dilin təmizliyinə xidmət etmək istəyiriksə...”
“Gündəlik danışıqda çox istifadə olunan bəzi sözlərin ədəbi dilimizə gətirilməsinin tərəfdarı deyiləm. Çünki bu sözlər danışıq mühitində təbii qarşılanır və yerində istifadə olunur. Amma ədəbi dil fərqli yanaşma tələb edir və ciddi şəkildə qorunmalıdır”.
Bu fikirləri Millət vəkili Fazil Mustafa TodayPress TV-yə açıqlamasında bildirib.
Deputatın hesab edir ki, digər türk xalqlarının dillərindən keçmiş sözlərin, eləcə də ərəb və fars mənşəli ifadələrin ədəbi dildən çıxarılması, yerinə daha anlaşıqlı və yüngül türk modeli üzərində qurulmuş sözlərin dilimizə gətirilməsi dilimizin təmizliyinə xidmət edə bilər.
“Əsas problem dilimizi ağırlaşdıran və fikrin axıcılığına mane olan sözlərlə bağlıdır. Biz dilin təmizliyinə xidmət etmək istəyiriksə, sadəcə sözdə deyil, praktikada da türk dili modeli üzərində qurulan dəyişiklikləri təşviq etməliyik” deyə Fazil Mustafa fikrini yekunlaşdırıb.
Türkan İsgəndərli
tag: Fazil Mustafa,Deputat,Dil,Təmizlik,Todaypress.tv,