Kolanı kəndində sakinlərin müraciətləri dinlənildi

Cəmiyyət

21.05.2025 19:05

4

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev əhalini narahat edən problemlərin yerində öyrənilməsi və birbaşa həllinə nail olunması məqsədilə növbəti səyyar qəbulunu rayonun Kolanı kəndində keçirib.

TodayPress TV xəbər verir ki, səyyar qəbulda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov, rayonun xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Səyyar qəbulda iştirak edən sakinlərin müxtəlif mövzularda təklif və şikayətləri dinlənilib, səsləndirilən məsələlərin bir qismi yerində həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verilərək, icrası nəzarətə götürülüb.

Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

tag: Yevlax ,İcra Hakimiyyəti,Anar Tağıyev,Əhali,todaypress.tv,

photo
photo