Everesti fəth edən ilk azərbaycanlı qadın: Növbəti uğura doğru!
Mayın 15-də alpinist Vəfa Musayeva dünyanın ən yüksək zirvəsi sayılan Everest dağına qalxaraq idmanı tarixinə öz adını yazdırıb.
TodayPress TV xəbər verir ki, o, azərbaycanlılar arasında bu uğura imza atan ümumilikdə 3, qadınlar arasında isə 1-cidir.
O, Everest zirvəsinə qalxdıqdan sonra may ayının 17-si dünyanın dördüncü ən hündür zirvəsi olan Lhotse (8516 m) zirvəsini uğurlu fəth edib.
Qeyd edək ki, Lhotse planetin dördüncü ən hündür zirvəsidir və Everestdən üç kilometr məsafədə, yaxınlıqda yerləşir.
İlk dəfə 2007-ci ildə İsrafil Aşurlı, 12 il sonra isə Vadim Vokryaçko Azərbaycan vətəndaşı kimi hündürlüyü 8848 metr olan Everest dağını fəth etməyi bacarıb.
Bununla yanaşı Murad Aşurlı Rusiya və ABŞ adından (2013), Elmira Aslanova isə Ukrayna adından (2023) həmin zirvəyə qalxıb.
Töhfə Səməd
tag: Everest,Alpinist,Vəfa Musayeva,Fəth,Todaypress.tv,
