“Azərbaycan Dəmir Yolları”nın sədrinə yeni müavin təyin edildi

Cəmiyyət

22.05.2025 13:26

4

Azərbaycan Prezidentinin 22 may 2025 tarixli sərəncamına əsasən, Nicat Tofiq oğlu Quliyev “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sədrinin müavini vəzifəsinə təyin edilib.

Bu barədə TodayPress TV-yə ADY-dən məlumat verilib.

Nicat Quliyev 1985-ci ildə anadan olub.

2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavriat və 2007-ci ildə magistratura pillələrini fərqlənmə ilə bitirib.

2009-cu ildən 2015-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “Azəryolservis” ASC-də müxtəlif vəzifələrdə çalışıb.

2015-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-də fəaliyyətə başlayıb, 2016–2025-ci illərdə Hüquq departamentinin müdiri və ADY sədrinin müşaviri vəzifələrini icra edib.

ADY-də çalışdığı müddətdə bir sıra layihələrə rəhbərlik edib. 2020-ci ildə ADY-nin “140 illik yubiley medalı” ilə təltif olunub.

tag: Prezident,İlham Əliyev,Sərəncam,Dəmiryol,Todaypress.tv,