Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazilər işıqsız qalacaq

Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazilər işıqsız qalacaq
11.07.2026 07:28 Cəmiyyət

Biləsuvarın bəzi ərazilərinin elektrik təminatında fasilə yaranacaq.

TodayPress TV Report-a istinadən xəbər verir ki, iyulun 11-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Biləsuvar" yarımstansiyasının 10 kV-luq birinci bölməsində təmir işləri aparılacaq.

Bununla əlaqədar saat 11:00-dan 13:00-dək Aranlı, Bağbanlar, Çinarlı, Günəşli, İsmətli, Nəsimi, Zəhmətabad kəndləri, eləcə də şəhər ərazisinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.

XƏBƏR LENTİ
11 IYUL 2026
Bütün Xəbərlər