DİQQƏT! Maqnit qasırğalarının təqvimi açıqlandı
Cəmiyyət
07.07.2025 15:19
İyul ayında Yerə təsir edəcək maqnit qasırğalarının təqvimi açıqlanıb.
TodayPress TV xəbər verir ki, mütəxəssislər bildirir ki, bəzi günlərdə maqnit aktivliyinin artması baş ağrısı, yuxusuzluq, narahatlıq və gərginlik kimi hallara səbəb ola bilər.
Maqnit qasırğalarının gözlənilən tarixləri bunlardır:
7 iyul – Orta səviyyəli maqnit qasırğası
13-14 iyul – Artan maqnit aktivliyi
20 iyul – Güclü maqnit qasırğası (xüsusilə ürək-damar problemi olanlara diqqətli olmaq tövsiyə olunur)
26 iyul – Zəif, lakin qeyri-stabil maqnit sahəsi
Həkimlər maqnit qasırğaları baş verən zaman bol su içməyi, stresdən uzaq durmağı, yüngül fiziki aktivliklə məşğul olmağı və düzgün qidalanmağı tövsiyyə edirlər.
Bu günlərdə həmçinin texnoloji sistemlərdə – rabitə, peyk və GPS sistemlərində fasilələrin yaranması mümkündür.
tag: Maqnit,Qasırğa,Təqvim,Açıqlama,Todaypress.tv,