Daxili işlər naziri sıra baxışı keçirdi
Cəmiyyət
19.02.2026 17:19
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov fevralın 19-da respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, Bakı şəhərində keçirilən sıra baxışında DİN-ə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 175 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 14 nəfəri Vətən müharibəsi iştirakçısıdır.
Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
tag: DİN,Vilayət Eyvazov,Sıra baxışı,Qoşun,Todaypress.tv,
