Sosial yardımın məbləği nə qədər artacaq? – AÇIQLANDI

Cəmiyyət

23.06.2025 12:48

Tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə şəxslər üçün də yeni qida normaları təsdiq ediləcək.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, mövcud qanunvericilikdə sosial sahəyə aid müəssisələr üçün normaların təsdiqi nəzərdə tutulmur və bu da institutsional olaraq onların bu imkandan tam faydalanmasına imkan vermirdi. Yeni dəyişikliklər bu boşluğu aradan qaldıracaq.

“Sonuncu dəfə 11 il öncə təsdiq edilən minimum istehlak səbətinin yeni tərkibi bu il müəyyənləşərək təsdiq olunacaq. Bu da sözügedən qanunun 3.2-ci maddəsinin tələblərinə uyğun həyata keçirilir. Minimum istehlak səbətinin yeni tərkibinin müəyyənləşdirilməsi son təsdiqdən ötən dövrdə yaranan xərclərin də nəzərə alınmasına imkan verəcək. İstehlak səbətinin yeni tərkibinin müəyyənləşməsi hazırda dəyəri 285 manat olan yaşayış minimumunun növbəti dövrlərdə də artırılması üçün imkanlar yaradacaq”. 

Deputat vurğulayıb ki, ehtiyac meyarının artırılması sosial yardım məbləğinin də yüksəlməsinə imkan verəcək. Çünki, meyar nə qədər çox artırsa, dövlət büdcəsindən sosial yardıma o qədər çox vəsait ayrılır. Bu isə xüsusən sosial dəstəyə daha çox ehtiyacı olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi baxımdan vacibdir. 

Qeyd edək ki, Milli Məclis “Yaşayış minimumu haqqında” Qanunu qəbul edib.

Türkan İsgəndərli

tag: Vüqar Bayramov,Deputat,Sosial,Yardım,Todaypress.tv,

photo