Bütün günü çayxanalarda nərd atan kişi heç bir qadına lazım deyil… – Millət vəkili

Cəmiyyət

07.07.2025 17:01

“Alimentin verilməsi boşanmalarda mühüm rol oynayır. Düzdür, ailəni kişi saxlamalıdır. Qadın belə düşünürsə, o zaman digər məsələlərdə kişinin üstünlüyünü qəbul etməlidir”.

Milli Məclisin deputatı Razi Nurullayev bu fikirləri TodayPress TV-də yayımlanan “Reaksiya” rubrikasında bildirib.

Onun fikrincə, qadın kişiyə hörmət etməlidir:

“Amma elə kişilər var ki, uzanırlar divanda bütün günü kinoya, seriala baxırlar. Çayxanalarda nərd oynayır. Sonra evə gəlib yemək, təmiz, ütülü köynək tələb edirlər. Bu halda qadının boşanmağa haqqı var. Amma bəziləri sosial çevrədən təsirlənərək boş yerə boşanırlar. Filmlərdə gördükləri həyatı realda axtarmağa çalışırlar. Deyirlər, boşanıb yenidən ailə qurum, o, mənə istədiyim həyatı yaşatsın. Bu, real deyil”. 

Deputat vurğulayıb ki, boşanmaların sayı onu narahat etməyə başlayıb. O bildirib ki, buna səbəb olan əsas amil qadınların müstəqilliyə can atmasıdır. Onun fikrincə, qadınlar və kişilər bərabər ola bilməz.  

Türkan İsgəndərli

tag: Razi Nurullayev,Deputat,Reaksiya,Rubrika,Todaypress.tv,