Boşanma riskini azaltmaq üçün edilməli amillər AÇIQLANDI

Cəmiyyət

28.06.2025 17:20

Psixoloqlar cütlüklərin boşanma riskini əhəmiyyətli dərəcədə azalda biləcək sadə bir üsulu açıqlayıblar.

TodayPress TV xəbər verir ki, bu barədə "Cadena Ser" nəşri məlumat yayıb.

Bildirilib ki, bəzi cütlüklər mübahisə zamanı danışmağın düzgün olmadığını düşünür, hətta bunun vəziyyəti daha da gərginləşdirəcəyinə inanırlar. Lakin psixoloqlar bunun əksinə, tərəflər arasında mütəmadi və hörmətə əsaslanan ünsiyyətin vacib olduğunu vurğulayırlar.

“Danışıqlar həmişə effektiv olmaya bilər, çünki tərəflər çox zaman bir-birilərini tənqid etməyə fokuslanırlar. Bu isə müdafiə olunmaq ehtiyacını artırır və nəticədə problem daha da dərinləşir”, - deyə bildirilib.

Mütəxəssislərin sözlərinə görə, ünsiyyət empatiya, hörmət və özünü dərk etmə prinsiplərinə əsaslanmalıdır. Məhz bu cür yanaşma sağlam və uzunmüddətli münasibətlərin qurulmasında əsas dayaqlardan biridir.

Töhfə Səməd

tag: Psixoloq,Cütlük,Boşanma,Todaypress.tv,