Bakının üç rayonunun qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət
03.09.2025 09:17
Bu gün Bakının üç rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
TodayPress TV xəbər verir ki, "Azəriqaz"dan verilən məlumata görə, “I Zabrat” QPS-də tənzimləyici qovşağın demontaj olunması işləri, Binəqədi rayonunun İ.P.Dadaşov küçəsindən qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması, Zərdabi küçəsində və Nərimanov rayonunun Ş.Rəhimov küçəsində siyirtmənin yerinin dəyişdirilməsi məqsədilə 03.09.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Məlumata görə, təmir işləri aparılan müddətdə Sabunçu rayonu üzrə Zabrat qəsəbəsinin M.İbrahimov, Q.Bayramov, X.Vəliyev, M.Əzizbəyov, Babək, Nizami küçələrinin, Balaxanı qəsəbəsinin P. Məmməd, M.Ə.Sabir, Şəfqət, Dirçəliş, Ə.Haqverdiyev, M.İbrahimov küçələrinin və Fazenda yaşayış massivinin, Nərimanov rayonu üzrə Ş.Rəhimov, M.Əlizadə, C.Hacıbəyli, M.Araz və H.Əliyev küçələrinin, Binəqədi rayonu üzrə İ.P.Dadaşov, Ş.Məmmədov, Nizami və N. Nərimanov, H.Zərdabi, C.Cabbarlı, A.Bakıxanov və A. İsfahani küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
tag: Qaz,Bakı,Rayon,Fasilə,Todaypress.tv,
 
        
 
                                 
                                            ![ADSEA nümayəndə heyəti [[Naxçıvanda]] əraziyə baxış keçirdi](/uploads/news/68f23ca81316f.webp) 
                                            ![Ekologiya və Təbii Sərvətlər Nazirliyi [[işçiləri peşə bayramını]] qeyd etdilər](/uploads/news/683047ebb1bd5.webp) 
                                            ![Azərbaycana [[qripə qarşı vaksinlər]] gətirildi](/uploads/news/68e3780cce10f.webp) 
                                            ![28 dərəcə isti olacaq [[- SABAHIN HAVASI]]](/uploads/news/683187a45333e.webp) 
                                            ![Tanınmış jurnalistə yeni [[vəzifə verildi]]](/uploads/news/68f605f600242.webp) 
                                            ![Əfv Sərəncamı üzrə [[6 saylı cəzaçəkmə müəssisəsində]] 6 nəfər azadlığa buraxıldı](/uploads/news/68346740e1d31.webp) 
                                            ![TƏBİB media nümayəndələrinin [[tibbi müayinəsini]] təşkil etdi](/uploads/news/687f359a90e5a.webp) 
                                            ![Yerə [[maqnit qasırğası]] yaxınlaşır](/uploads/news/68e94ddaaeb1c.webp) 
                                            ![Kür çayında suyun səviyyəsi [[artdı]]](/uploads/news/6837ec944407e.webp) 
                                            