Bahar Muradova Sabirabadda vətəndaşları qəbul etdi

Cəmiyyət

20.06.2025 16:06

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşlarınqəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.

Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq, 20 iyun 2025-ci il tarixində keçirilən qəbul zamanı Sabirabad, Saatlı və İmişli rayon sakinlərinin müraciətləri dinlənilib.

Bu barədə TodayPress TV-yə Komitədən məlumat verilib.

Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaş müraciətləri sırasında hüquqi yardım, uşaqların müalicəsi, işlə təmin olunma, sosial dəstəyin göstərilməsi və digər məsələlər yer alıb.

Qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb.

tag: Ailə,Qadın,Uşaq,Komitə,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo
photo
photo
photo