Azərbaycanda “AQEM Qadınlar Şurası” yaradılacaq

Cəmiyyət

20.05.2025 11:36

4

“Rəqəmsallaşma, qadın sahibkarlığının inkişafı və yaşıl iqtisadiyyata keçid kimi mövzular gündəlikdə mühüm yer tutur”.

TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Biznes Şurasının 8-ci Plenar Sessiyası çərçivəsində AQEM-in Baş katibi Kairat Sarıbay deyib.

Baş katib qadın sahibkarların iqtisadiyyatda fəal iştirakının vacibliyinə toxunaraq, Azərbaycanın təşəbbüsü ilə qurulacaq “AQEM Qadınlar Şurası”nı bu istiqamətdə mühüm addım kimi qiymətləndirib.

O, eyni zamanda, gənclərin innovasiya və iqtisadi inkişafın aparıcı qüvvəsi olduğunu vurğulayıb və üzv dövlətləri gənc sahibkarlığı dəstəkləməyə çağırıb.

“Gənclər Şurası və Biznes Şurası arasında sinerji yaradılmalı, qabaqcıl universitetlərin tərəfdaşlıq şəbəkəsi vasitəsilə gənc tədqiqatçıların və alimlərin potensialından istifadə olunmalıdır”.

Töhfə Səməd

tag: AQEM,Qadınlar,Şura,Azərbaycan,Todaypress.tv,