Prokurorluğa işə qəbulla bağlı sənədlərin qəbulu sentyabrın 30-da yekunlaşacaq

Cəmiyyət

08.09.2025 16:54

Müstəqil Azərbaycanın banisi, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyularaq, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən dövlət gənclər siyasətinə uyğun olaraq gənc hüquqşünasların müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbulu üzrə tədbirlərin görülməsi davam etdirilir.

Bu barədə TodayPress TV-yə Baş Prokurorluqdan məlumat verilib.

Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 50 ştat vahidi üzrə 15.04.2025-ci il tarixdə elan edilmiş müsabiqə ilə bağlı sənəd qəbulu 30.09.2025-ci il tarixdə saat 18:00-da başa çatdırılacaqdır.

Prokurorluq orqanlarında işləmək istəyən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən gənc hüquqşünaslar Baş Prokurorluğun https://hr.genprosecutor.gov.az/ internet səhifəsi vasitəsilə müraciət edib qeydiyyatdan keçərək müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər.

Namizədlər müsabiqə ilə bağlı ətraflı məlumatı və tələb olunan sənədlərin siyahısını (https://genprosecutor.gov.az/az/page/prokurorluq/ise-qebul/vakansiya-elani) linkinə daxil olaraq əldə edə bilər.

Sənədlərin qəbulu başa çatdıqdan sonra test imtahanının keçiriləcəyi tarix və yer barədə məlumat kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun rəsmi veb-saytında (www.genprosecutor.gov.az) və sosial şəbəkə hesablarında veriləcəkdir.

Əlavə məlumat almaq üçün 437-28-56, 361-00-78, 361-00-79, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

TodayPress TV

tag: Baş Prokurorluq,Qəbul,Müsabiqə,Sənəd,Todaypress.tv,