Azərbaycan digər ölkələri qadın sahibkarlara dəstək göstərməyə çağırdı
“Biz qadınları biznesdə gücləndirməyin inklüziv və dayanıqlı iqtisadiyyatların qurulmasında vacib olduğunu düşünürük”.
TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Biznes Forumunun 10-cu Sessiyasında Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O diqqətə çatdırıb ki, Azərbaycanda qadın sahibkarlara təlim proqramları başladılıb, onlara mentorluq, biznes planlaşdırma resursları və şəbəkələşmə imkanları təqdim edilir.
“AQEM tərəfdaşlarımızı qadınları biznesdə dəstəkləmək üçün təcrübələrini və strategiyalarını paylaşmağa dəvət edirik, çünki bu sahədə bir-birimizdən öyrənə və əməkdaşlıq edə bilərik”.
Töhfə Səməd
tag: Orxan Məmmədov,KOBİA,KOB,İnkişaf,Todaypress.tv,