Azərbaycanda səfərdə olan türkiyəli rektorlar Zəfər parkını ziyarət etdilər

Cəmiyyət

28.09.2025 09:15

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Türkiyənin İğdır, Qars Qafqaz, Artvin Çoruh, Ağrı İbrahim Çeçen, Bolu Abant İzzet Baysal, Ərzurum Texniki, Van Yüzüncü Yıl və Ardahan universitetlərinin rektorları sentyabrın 27-də – Anım Günü münasibətilə komitə əməkdaşları ilə birlikdə Zəfər parkına baş çəkiblər.

TodayPress TV  xəbər verir ki, komitədən verilən məlumata görə, qonaqlar və əməkdaşlar xatirə daşının önünə gül dəstələri qoyaraq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini böyük ehtiramla anıblar.

Qeyd olunur ki, Anım Günü ilə əlaqədar dünyanın bir çox ölkəsində Azərbaycan diaspor təşkilatları silsilə tədbirlər keçirir, ictimaiyyətə bu günün əhəmiyyəti barədə məlumat verirlər. Həmçinin, 20-dən artıq ölkədə fəaliyyət göstərən Azərbaycan Evlərində xatirə guşələri yaradılıb və anım mərasimləri təşkil olunub.

TodayPress TV

tag: Anım Günü,Zəfər parkı,Ziyarət,TodayPressTV,