Avtobuslarla bağlı məlumatlar “Map AYNA”da

Cəmiyyət

27.05.2025 15:33

4

Sərnişinlərin ictimai nəqliyyatla bağlı məlumatları rahat şəkildə əldə edə biləcəyi “Map AYNA” sistemi yenilənib və funksionallığı artırılıb. 

TodayPress TV xəbər verir ki, ictimai nəqliyyat barədə rəqəmsal informasiya “ayna.gov.az” internet resursunda “Avtobus marşrut xətləri” başlığı altında yayımlanır.

Hazırda qeyd edilən platforma vasitəsilə sərnişinlər seçdikləri dayanacaq məntəqəsi, həmin dayanacaqdan keçməklə fəaliyyət göstərən marşrutların daşıyıcısı, hərəkət sxemi, tarifi və dayanacaqları haqqında məlumat əldə edə bilərlər.

Belə ki, sərnişinlər dayanacaq məntəqəsini seçərək həmin ərazidən keçən marşrutları görürlər.   

Bununla yanaşı, sərnişinlər platformada yer alan “Rəy bildirin” funksiyasından istifadə etməklə marşrut xətti barədə təkliflərini və şikayətlərini də qeyd edə bilərlər.

tag: AYNA,Azərbaycan, Nəqliyyat, Məntəqə, todaypress.tv,