ASAN könüllüləri “Sevil” tamaşasını səhnələşdirdilər

Cəmiyyət

20.05.2025 12:33

8

19 may 2025-ci il tarixində “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının təşkilatçılığı ilə Cəfər Cabbarlının əsəri əsasında hazırlanan "Sevil" tamaşası səhnələşdirilib.   

TodayPress TV xəbər verir ki, Şəhriyar adına Mədəniyyət Mərkəzində baş tutan tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, "ASAN Könüllüləri" Təşkilatının sədri Anar Musaev, ASAN könüllüləri və digər qonaqlar iştirak ediblər. 

16 ASAN könüllüsünün hazırladığı "Sevil" tamaşası "V ASAN Teatr Festivalı" çərçivəsində ilk tamaşa olub və  qadın azadlığı, ailə dəyərləri və cəmiyyətin dəyişən rolları kimi mövzuları əhatə edib.

Məqsəd Azərbaycan ədəbiyyatının klassik nümunələrindən biri olan bu əsərin müasir teatrda yenidən səhnələşdirilməsidir.

500-dən çox tamaşaçının iştirakı ilə baş tutan tamaşanın sonunda könüllülər təltif ediliblər.

“Mədəniyyət Carçısı” proqramı çərçivəsində bu günədək 100-dən çox səhnə əsəri nümayiş etdirilib, 600-dən artıq ustad dərsi vasitəsilə gənclərin yaradıcılıq potensialının inkişafına mühüm töhfə verilib.

tag: ASAN,Xidmət,Sevil,Tamaşa,Todaypress.tv,

photo
photo
photo
photo
photo
photo
photo
photo
photo