AQEM Baş katibi: “Azərbaycanın rəhbərliyi iqtisadi əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayacaq”

Cəmiyyət

20.05.2025 11:45

6

“AQEM-in könüllü yardımlar əsasında maliyyələşən fondunun ilk layihəsi artıq Əfqanıstanın mərkəzində həyata keçirilir və bu, regionda davamlı inkişaf üçün mühüm addımdır”.

TodayPress TV xəbər verir ki, bunu Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Biznes Şurasının 8-ci Plenar Sessiyası çərçivəsində AQEM-in Baş katibi Kairat Sarıbay deyib.

O əlavə edib ki, yaxın vaxtlarda keçiriləcək Biznes Forum çərçivəsində AQEM regionunda iqtisadi meyllər, uğurlu təcrübələr və imkanlar haqqında məlumat verən yeni elektron kitab təqdim olunacaq.

Bu vəsaitin davamlı və rəqabətqabiliyyətli KOB-ların qurulmasına töhfə verəcəyi gözlənilir.

“Azərbaycanın rəhbərliyi ilə Biznes Şurasının iqtisadi əməkdaşlığın gücləndirilməsində və davamlı inkişafda mühüm rol oynayacağına inanıram” deyə AQEM Baş katibi çıxışını yekunlaşdırıb.

Töhfə Səməd

tag: Kayrat Sarıbay,Tədbir,Çıxış,İclas,Todaypress.tv,