Soyuducuda saxlanan qidalar da xarab ola bilər
Cəmiyyət
24.09.2025 18:30
Xarici alimlərin araşdırmalarına görə, qidalar soyuducuda saxlanılsa da, mikroorqanizmlər və kimyəvi proseslər səbəbindən yenə də xarab ola bilər.
TodayPress TV xəbər verir ki, ABŞ-də Tomas Cefferson Universitetində tədqiqatlar aparıb.
Bildirilir ki, açılmamış pendir paketlərində, alma və çörəkdə "Penisillium" adlı göbələk növləri aşkarlanıb.
Araşdırmalara əsasən, soyuducuda düzgün temperatur və təmizlik təmin olunmadıqda qidaların tez xarab olması və zərərli mikrobların çoxalması halları artır.
Hindistanda aparılan digər bir tədqiqat isə göstərib ki, bir çox evlərdə soyuducular nadir hallarda təmizlənir, qidalar düzgün saxlanmır və nəticədə "Salmonella" kimi təhlükəli bakteriyalar aşkarlanır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, qidalar soyuducuda adətən 3-4 gün ərzində istehlak olunmalıdır. Daha uzun müddət saxlanması sağlamlıq üçün risklidir.
Qidaların düzgün saxlanmaması həm iqtisadi itkilərə, həm də ətraf mühit və sağlamlıq üçün təhlükəyə səbəb olur.
Türkan İsgəndərli
tag: Soyuducu,Meyvə,Tərəvəz,Çürük,Todaypress.tv,
