WUF13-ün ilk günündə iştirak edənlərin sayı AÇIQLANDI

WUF13-ün ilk günündə iştirak edənlərin sayı AÇIQLANDI
18.05.2026 09:44 Xarici siyasət

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ilk günündə, yəni mayın 17-də iştirakçıların sayı 21 108 nəfər təşkil edib.

TodayPress TV xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasiminə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu forum miqyasına görə qlobal xarakter daşıyır:

"Mayın 17-nə olan məlumata görə, qeydiyyatdan keçənlərin ümumi sayı 182 ölkədən 42 367 nəfərə çatıb. Forum, həmçinin praktiki həlləri və tərəfdaşlıqları nümayiş etdirmək üçün milli hökumətləri, şəhər administrasiyalarını, beynəlxalq təşkilatları, akademik dairələri, innovatorları və özəl sektor liderlərini bir araya gətirən dinamik "Urban Expo" (Şəhərsalma Sərgisi) ilə zənginləşdirilib. "Urban Expo"nun statistikası foruma olan böyük marağı əks etdirir. Sərginin ümumi sahəsi təxminən 35 000 kvadratmetri əhatə edir və bunun təxminən yarısı sərgi sahəsidir. Ümumilikdə, 85 ölkədən 260 iştirakçı təşkilat 122 stend və pavilyonda təmsil olunur".

O əlavə edib ki, tərəfdaş növünə görə təşkilatlara nəzər salınarsa, onlardan 15-i akademiya və tədqiqat müəssisələri, ən böyük sayda – 136-sı vətəndaş cəmiyyəti nümayəndələri, 44-ü özəl sektor (o cümlədən 14 startap), milli hökumətlərə aid 41 pavilyon, 10 dövlət sektoru şirkəti və 6 yerli və regional hökumət nümayəndəsidir:

"Urban Expo"da 1 500 kvadratmetrlik sahədə layihələndirilmiş Azərbaycan pavilyonu bizim irsimizi, şəhərsalma yolumuzu, turizm cəlbediciliyimizi və Qarabağ ilə Şərqi Zəngəzurda həyata keçirilən irimiqyaslı yenidənqurma layihələrini nümayiş etdirəcək. Pavilyon Azərbaycanın şəhər transformasiyası səyahətini təqdim edərək, "insanlarla birlikdə baxışdan fəaliyyətə" konsepsiyası əsasında hazırlanıb. WUF13-də biz həm Azərbaycanın töhfəsini, həm də forumun inkişaf edən ruhunu əks etdirən yeni təşəbbüsləri təqdim etməkdən qürur duyuruq. WUF13-ün əsas fərqləndirici xüsusiyyəti onun güclü, yüksək səviyyəli siyasi fəallığı olacaq".

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 Все новости