Sahibə Qafarova İsrail səfiri ilə görüşdü

Sahibə Qafarova İsrail səfiri ilə görüşdü
11.09.2025 15:50 Xarici siyasət

Sentyabrın 11-də Milli Məclisin sədri Sahibə Qafarova İsrail Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüşüb.

Bu barədə TodayPress TV-yə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, səfiri bu vəzifəyə təyin olunması münasibətilə təbrik edən spiker Sahibə Qafarova, ona ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə dost və tərəfdaş ölkələrimiz arasında bir sıra ənənəvi sahələrdə olduğu kimi, yeni istiqamətlər üzrə də əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub, əlaqələrin daha da inkişafı üçün yaxşı imkanların olduğu qeyd edilib.

Söhbət zamanı, ölkələrimiz və xalqlarımız arasında müsbət münasibətlərin göstəricilərindən biri kimi, insanlar arasında əlaqələrin əhəmiyyəti qeyd edilərək, vurğulanıb ki, multikultural və tolerant bir ölkə kimi, Azərbaycanda yəhudilər əsrlər boyu sülh, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar və indi də yaşayırlar. Eyni zamanda, İsraildə fəaliyyət göstərən Azərbaycan icması, o cümlədən bu ölkədə yaşayan yəhudi əsilli soydaşlarımız da ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verirlər.

Görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərin də özünəməxsus rolu qeyd edilib. Spiker Sahibə Qafarova İsrail Knessetinin sədri Amir Ohana ilə cari ilin aprel ayında Özbəkistanda keçirilən görüşünü xatırladaraq, parlamentlərimiz arasında təmasların, qarşılıqlı səfərlərin, dostluq qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə işgüzar səfəri, səfər çərçivəsində aparılmış danışıqlar, əldə olunmuş razılaşmalar və imzalanmış sənədlərin əhəmiyyəti bir daha vurğulanıb. Spiker Sahibə Qafarov, Vaşinqton razılaşmaları üzrə öhdəliklərin yerinə yetirilməsinin vacibliyini qeyd edərək, tərəflər arasında sülh sazişinin tezliklə imzalanacağına ümidvar olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Bütün Xəbərlər