Ombudsman Aparatı Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin üzvü seçildi

Ombudsman Aparatı Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin üzvü seçildi
20.09.2025 11:48 Xarici siyasət

Azərbaycanın Ombudsman təsisatı Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin tam üzvü seçilib.

Bu barədə TodayPress TV-yə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatından məlumat verilib.

Bildirilib ki, qurumun Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva və Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin (ENOC-un) Rumıniyanın Buxarest şəhərində keçirilən 29-cu İllik Konfransı və Baş Assambleyasında iştirak edib.

"Uşaqların fiziki sağlamlıq hüququnun müdafiəsi və təşviqi" mövzusuna həsr olunmuş tədbirdə ENOC-a üzv təsisatların ombudsmanları və nümayəndələri, müvafiq qurum rəhbərləri, beynəlxalq təşkilatların uşaq hüquqları üzrə məsul şəxsləri, ekspertlər iştirak ediblər.

Nigar Ağayeva tədbirdə çıxış edərək Ombudsman tərəfindən ötən dövrdə uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə məlumat verib, bu sahədə müsbət təcrübələri, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində irəli sürülən və nəzərə alınmış təklifləri iştirakçıların diqqətinə çatdırıb. Bununla yanaşı, təsisatda uşaq hüquqları üzrə ixtisaslaşmış struktur bölmənin yaradılması, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa edilmiş dəyişikliklər nəticəsində uşaq hüquqlarının müdafiəsi sahəsində Ombudsmana verilən səlahiyyətlər, "Uşaq hüquqları haqqında" Konvensiyanın həyata keçirilməsi üzrə müstəqil monitorinq qrupunun yaradılması qeyd edilib.

Qeyd olunan islahatlar nəzərə alınaraq ENOC-un 29-cu Baş Assambleyasında Azərbaycanın Ombudsman təsisatı üzv təsisatların səs çoxluğu ilə assosiativ üzvlükdən tam üzvlüyə qəbul edilib. Belə ki, göstərilən dəyişikliklər nəticəsində hazırda Ombudsman təsisatının ENOC-un tam üzvlüyünə qəbul olunması üçün ENOC-un Nizamnaməsinin 4-cü maddəsində əks olunmuş meyarlara uyğunluğu bildirilib.

Tədbir çərçivəsində Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin ötən dövr ərzində, həmçinin gələcək fəaliyyət planı istiqamətində müzakirələr aparılıb, "Uşaqların fiziki sağlamlıq hüququnun müdafiəsi və təşviqi" üzrə ENOC-un bəyanatı təsdiq edilib.

Səfər çərçivəsində iştirakçılar Buxarest şəhərində yerləşən zorakılıq qurbanları olan uşaqlar üçün "Barnahus" mərkəzinə səfər edərək, mərkəzin fəaliyyəti və təcrübəsi ilə tanış olub.

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 Bütün Xəbərlər