Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşdü

Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşdü
17.10.2025 23:33 Xarici siyasət

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 17-də Vatikanın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.

TodayPress TV xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva kardinal Pietro Parolini yenidən görməyinə şad olduğunu deyərək, katolik dünyasını "Yubiley İli" münasibətilə təbrik edib.

Vatikanın dövlət katibinin keçən ilin noyabrında Azərbaycanda keçirilən COP29 tədbirində iştirakına görə təşəkkürünü bildirən Birinci vitse-prezident ölkəmizin Müqəddəs Taxt-Tacla inkişaf edən əməkdaşlığının son illər ərzində vüsət almış dinamikasından məmnunluğunu ifadə edib.

Azərbaycanın dini tolerantlıq və multikulturalizm dəyərlərini özündə birləşdirən ölkə olduğunu diqqətə çatdıran Mehriban Əliyeva bunun həm dövlət siyasəti, həm də cəmiyyətimizin yaşayış tərzi olduğunu vurğulayıb. Birinci vitse-prezident Müqəddəs Taxt-Tacla əməkdaşlıq çərçivəsində Heydər Əliyev Fondu tərəfindən görülən işlər barədə danışaraq, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu bildirib. Ölkəmizdə katolik icması ilə münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən Birinci vitse-prezident deyib: "Dövlət katibinin keçən ilin noyabrında Azərbaycanda qaldırıldığı məsələ - ölkəmizdə ikinci Katolik Kilsəsinin tikilməsi müsbət həllini tapmaqdadır. Prezident İlham Əliyev tərəfindən artıq bu barədə müsbət qərar verilib və bu yaxınlarda paytaxtımızda ikinci Katolik Kilsəsinin inşasına başlanılacaq". Mehriban Əliyeva kardinal Pietro Parolinin Azərbaycanda ölkəmizin və xalqımızın yaxın dostu kimi tanındığını qeyd edib, əməkdaşlığımızın sürətlə və uğurla inkişafına görə ona minnətdarlığını bildirib.

Pietro Parolin Birinci vitse-prezident Mehriban Əliyevanı yenidən görməkdən şərəf duyduğunu deyərək, Azərbaycan dövlətinə, münasibətlərin bu səviyyəyə çatdırılmasında səylərinə görə şəxsən Prezident İlham Əliyevə dərin təşəkkürünü ifadə edib. O, keçən ilin noyabrında COP29-la bağlı Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev tərəfindən qəbul olunmasını Müqəddəs Taxt-Taca hörmətin təzahürü kimi qiymətləndirib. Heydər Əliyev Fondunun dəstəyi ilə uğurla həyata keçirilən layihələr barədə danışan kardinal bu əməkdaşlığı yüksək dəyərləndirib. O, həmçinin Azərbaycanda fəaliyyət göstərən katolik icması ilə dövlət arasında nümunəvi münasibətlərin mövcud olduğunu diqqətə çatdıraraq, dövlətlərimizin əməkdaşlığının möhkəmləndirilməsinin önəmini vurğulayaraq deyib: "Bakıda ikinci Katolik Kilsəsinin tikilməsi çox təqdirəlayiq haldır, buna görə Azərbaycana minnətdarıq. Bu, bir daha ölkənizdə bütün dinlərə göstərilən qayğı və hörmətin təzahürüdür. Azərbaycan bu mənada bir çox ölkələr üçün nümunədir".

Kardinal Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Feketenin Prezident İlham Əliyev tərəfindən "Dostluq" ordeni ilə təltif edilməsinin Müqəddəs Taxt-Taca hörmətin daha bir əlaməti olduğunu diqqətə çatdırıb.

Dövlət katibi Pietro Parolin avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ tərəfindən Birgə Bəyannamənin imzalanması, Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanması münasibətilə ölkəmizi təbrik edib, Vatikanın regionda sülhün bərqərar olmasını birmənalı şəkildə dəstəklədiyini bildirib.

Təbriklərə görə kardinal Pietro Parolinə minnətdarlığını ifadə edən Birinci vitse-prezident Mehriban Əliyeva Vaşinqton Sammitinin nəticələrini yüksək qiymətləndirərək, Azərbaycan və Ermənistan rəhbərlərinin sülh gündəliyinə sadiq qaldıqlarını, regionda davamlı sülhün bərqərar olmasına ümidvar olduğunu vurğulayıb.

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasının mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bütün Xəbərlər