Azərbaycan XİN Qətərə başsağlığı verdi

Azərbaycan XİN Qətərə başsağlığı verdi
12.10.2025 10:28 Xarici siyasət

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qətərə başsağlığı verib.

TodayPress TV xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin "Facebook" hesabında paylaşım edilib.

"Biz Qətər Dövlətinin hökumətinə və xalqına Misirdə baş vermiş avtomobil qəzasında qətərli diplomatların faciəvi ölümü ilə əlaqədar başsağlığı veririk", - paylaşımda vurğulanıb.

Qeyd edək ki, üç qətərli diplomat Misirdə avtomobil qəzasında həlak olub.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər