ABŞ rəsmiləri Bakıda: İki ölkə arasında əməkdaşlıq gündəmdə

ABŞ rəsmiləri Bakıda: İki ölkə arasında əməkdaşlıq gündəmdə
30.05.2025 10:08 Xarici siyasət

Mayın 30-da ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevara ABŞ Dövlət Departamentinin Avropa məsələləri üzrə katib müavininin köməkçisi Coş Hak və Avropa üzrə baş müşavir Vayatt Tölkeni səfirlikdə qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə diplomatik nümayəndəlikdən məlumat verilib. 

Nümayəndə heyəti Azərbaycana yüksək səviyyəli rəsmilərlə görüşmək və ABŞ-nin maraqlarını, iqtisadi rifahı və regional təhlükəsizliyi təşviq edən ikitərəfli dialoqu davam etdirmək məqsədilə səfər edib.

Töhfə Səməd

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər