Ermənistanda virusa yoluxanların sayı artır

Ermənistanda virusa yoluxanların sayı artır
01.09.2025 10:40 Dünya

Ermənistanda rinovirus, paraqrip və koronavirus infeksiyalarının dövriyyəsi müşahidə olunur. 

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, kəskin respirator virus infeksiyaları (ARVI) və COVID-19 ilə bağlı vəziyyət hazırda stabil olaraq qalır. "Enterovirus" infeksiyasının yayılması da nəzarət altındadır. Qeyd edilib ki, ölkədə bu günə qədər qripə yoluxma halı qeydə alınmayıb.

Rəsmi məlumata görə, bu ilin yanvarından avqustun 22-dək Ermənistanda 479 COVID-19 hadisəsi qeydə alınıb.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər