Azərbaycanın turizm potensialı Astana və Almatıda təqdim edildi

Azərbaycanın turizm potensialı Astana və Almatıda təqdim edildi
28.08.2025 16:00 Turizm

Azərbaycanın Qazaxıstandakı səfirliyi Azərbaycan Turizm Bürosunun Astana və Almatı şəhərlərində təşkil etdiyi tədbirlər haqqında məlumat paylaşıb.

TodayPress TV xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirib.

Bu tədbirlər çərçivəsində keçirilən görüşlərdə iki ölkənin turizm sənayesinin nümayəndələri iştirak ediblər.

"İştirakçılara Azərbaycanın çimərlik turizmi imkanları, dağ-xizək kurortları, sağlamlıq və spa mərkəzləri, mədəni və qastronomi marşrutları təqdim edilib, həmçinin "Formula 1 Qatar Airways" Azərbaycan Qran-prisi 2025" beynəlxalq tədbiri haqqında məlumat verilib", - paylaşımda qeyd olunub.

"B2B" formatında keçirilən görüşlərdə iki ölkə arasında əməkdaşlıq üçün konkret imkanlar müzakirə edilib.

FOTOLAR

Azərbaycanın turizm potensialı Astana və Almatıda təqdim edildi — 1
Azərbaycanın turizm potensialı Astana və Almatıda təqdim edildi — 2
XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər