"Tayvanın ümidləri Trampın zəifləməsinə bağlıdır"

"Tayvanın ümidləri Trampın zəifləməsinə bağlıdır"
29.12.2025 16:54 Təhlil

Çin Ordusunun Şərq Zonası Döyüş Komandanlığı 30 dekabrda Tayvan yaxınlığında və dörd dəniz ərazisində canlı atəş təlimləri keçirəcək, icazəsiz gəmilərin və təyyarələrin təlim zonalarına girməməsi tövsiyə olunur.  Maraqlıdır,  Çin ordusunun Tayvan yaxınlığında hərbi təlimlər keçirməsi son baş verən hadisələr fonunda təbii qarşılanmalıdır. 


Məlumdur ki, Çin Ordusunun Tayvan yaxınlığında genişmiqyaslı hərbi təlimləri bölgədə geosiyasi gərginliyə necə təsir edə bilər, ABŞ və müttəfiqlərinin strateji qərarlarına hansı nəticələri gətirə bilər?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Abutalıb Səmədov bildirib ki, Çin təlimləri ABŞ-nin  yeni strategiyası fonunda təbii qarşılanır:


"Amerika Birləşmiş Ştatları yeni milli təhlükəsizlik strategiyası qəbul edib və orada açıq şəkildə göstərilib ki, ABŞ-nin əsas təsir zonası Qərb yarımkürəsidir və digər bölgələrə aktiv müdaxilə etmək niyyətində deyil. Eyni zamanda, ABŞ digər bölgələrdə müəyyən dövlətlərin liderliyinin artmasına dəstək vermək arzusundadır".


Ekspert qeyd edib ki, ABŞ-nin  mövqeyi Çinin və Rusiyanın təsir imkanlarını artırır:

 "Bu vəziyyət təbii olaraq Çinin və Rusiyanın marağını artırıb və onlarda müəyyən ümidlər yaradıb ki, onlar yaxın əraziləri öz təsir zonalarına sala bilərlər. Digər tərəfdən, ABŞ-nin Venesuelaya qarşı atdığı addımlar, hərbi müdaxiləyə hazırlaşması və beynəlxalq hüquqla hesablaşmaması Çinin də maraqlarına uyğun gəlir. Tayvanın birləşdirilməsi istiqamətində Çinin planlarına mane olan əsas dövlət ABŞ idi və indiki mövqeyi Çinin arzularına cavab verir, ona yaxın zamanda vahid dövlət konsepsiyasını reallaşdırmaq imkanı yaradır".

Analitik əlavə edib ki, Tayvan ya siyasətini dəyişəcək, ya da yeni ABŞ administrasiyasını gözləyəcək:

"Təbii ki, Çinin keçirdiyi təlimlər və bundan sonra atacağı addımlar bölgədə müəyyən qədər gərginliyi artıracaq. Lakin əvvəlki illərdən fərqli olaraq, vəziyyət kəskin şəkildə dəyişməyəcək. Güman etmək olar ki, Tayvan reallıqları anlayaraq ya siyasətində müəyyən dəyişikliklərə gedəcək, ya da Trampın müddətinin başa çatmasını gözləyəcək və yeni administrasiya ilə əvvəlki xarici siyasət xəttini davam etdirəcək".


A.Səmədov sonda qeyd edib ki,Tayvanın ümidləri Trampın zəifləməsinə bağlıdır:

 "Digər ümidlər 2026-cı ildə keçiriləcək seçkilərlə bağlıdır. Seçkilərdə respublikaçıların məğlubiyyəti Trampın əl-qolunu müəyyən qədər bağlayacaq. Tayvanın bütün ümidləri Trampın zəifləməsi ilə bağlıdır. Əgər bu baş verməsə, Çinin Tayvanı birləşdirmək istiqamətində məqsədinə çatması o qədər də çətin olmayacaq". 

Jalə Rövşən

ЛЕНТА НОВОСТЕЙ
31 мая 2026
İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Все новости