Suriyada gərginlik: Ölkə yenidən “barıt çəlləyi”nə dönür?

Suriyada gərginlik: Ölkə yenidən “barıt çəlləyi”nə dönür?
16.07.2025 17:08 Təhlil

“İsrail Druzlar vasitəsilə Suriyada bufer zona yaratmağa çalışır”.

Politoloq Kamran Sultanlı bunu TodayPress TV-yə açıqlamasında deyib.

O qeyd edib ki, Suriyanın Druz vilayətində toqquşma Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl-Şaraa hakimiyyətə gəldikdən sonra bir dəfə baş verib. Daha sonra Druzlarla Şam arasında razılıq əldə olunub və Druzlar Şamın hakimiyyətini qəbul ediblər. 

“Druzlar monolit deyil və xüsusilə Hikmət əl-Hicri Şamın nəzarəti altında yaşamağa qarşı çıxır, bu məsələdə dirəniş göstərir. Onun İsraillə əlaqələrinin olduğu bildirilir. Məhz bu səbəbdən Hikmət əl-Hicri Druzları Şama qarşı üsyana səsləyib. Mətbuatda yayılan məlumatlara əsasən, Suriya hökuməti Bakıda İsrail rəsmiləri ilə keçiriləcək görüşdən öncə Druzlarla bağlı əməliyyat planı hazırlayıb. Çünki Şam hesab edirdi ki, əgər Bakıda razılaşma baş tutmasa, İsrail Druz kartından istifadə edərək Şama qarşı təzyiq göstərə bilər. Hazırda Suriyada təxminən 700 min, Livanda 150 min, İsraildə isə 100 minə yaxın druz yaşayır. İsraildəki druzlar ölkə cəmiyyətinə inteqrasiya olunublar, parlamentdə təmsil olunurlar və əsasən Colan təpələrində məskunlaşıblar. Qeyd edilməlidir ki, İsrail Müdafiə Qüvvələrinin elit bölmələrindən biri olan “Colan qrupu” əsasən druzlardan ibarətdir”.

Ekspert Druzların Şama tabe olacağı halda nə baş verəcəyindən bəhs edib:

“İsrail Druzlar vasitəsilə Suriyada bufer zona yaratmağa çalışır. Digər tərəfdən, Druzlar daxildə İsrail hökumətinə də təzyiq göstərirlər ki, bu da Baş nazir Benyamin Netanyahunun mövqeyinə təsir edir.

Ümumilikdə, Suveyda əyalətində mübarizə hələ başa çatmayıb. İyulun 15-də Druzlar əyalət mərkəzini yenidən nəzarətə götürüblər. İsrail tərəfi isə Suriyadan Colan təpələrini İsrail ərazisi kimi tanımağı tələb edir. Mövcud proseslər də bu tələb fonunda baş verir və onun məntiqi nəticəsi kimi qiymətləndirilə bilər. Əgər Druzlar Şama tabe olarsa və Suveyda əyaləti tam nəzarətə götürülərsə, bu, Şam üçün mühüm problemin həlli anlamına gələcək və Şaraa hökuməti bundan sonra Kürd məsələsinə daha çox diqqət ayıra biləcək.

Lakin Druzlar arasında hələ də mübarizəni davam etdirmək niyyətində olan qruplar var və İsraillə münasibətlər bu məsələyə təsir göstərməkdə davam edir. Bu baxımdan, mübarizənin hələ uzun müddət davam edəcəyini söyləmək mümkündür”.

Qeyd edək ki, son günlərdə druz və bədəvi tayfaları arasında qarşıdurmalar daha da şiddətlənib. Xüsusilə, Süveyda vilayətində baş verən qanlı toqquşmalarda 30-dan çox insanın həlak olduğu, 100-dən artıq yaralının olduğu açıqlanıb. Bölgədə 18 suriyalı əsgərin öldürüldüyü, 9-nun isə əsir götürüldüyü iddia olunur. İsrailin müdafiə naziri Yoav Qallant və Baş nazir Benyamin Netanyahu, Suriya ordusuna məxsus hərbi hədəflərə qarşı aviazərbələr endirdiklərini açıqlamışdı. Bu hücumlar xüsusilə Süveyda yaxınlığında yerləşən hərbi anbarlar və konvoylara qarşı həyata keçirilib.

Qiymət Mahir

FOTOLAR

Suriyada gərginlik: Ölkə yenidən “barıt çəlləyi”nə dönür? — 1
XƏBƏR LENTİ
01 IYUN 2026
Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Bütün Xəbərlər