Suriyada gərginlik: Ölkə yenidən “barıt çəlləyi”nə dönür?

Suriyada gərginlik: Ölkə yenidən “barıt çəlləyi”nə dönür?
16.07.2025 17:08 Təhlil

“İsrail Druzlar vasitəsilə Suriyada bufer zona yaratmağa çalışır”.

Politoloq Kamran Sultanlı bunu TodayPress TV-yə açıqlamasında deyib.

O qeyd edib ki, Suriyanın Druz vilayətində toqquşma Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl-Şaraa hakimiyyətə gəldikdən sonra bir dəfə baş verib. Daha sonra Druzlarla Şam arasında razılıq əldə olunub və Druzlar Şamın hakimiyyətini qəbul ediblər. 

“Druzlar monolit deyil və xüsusilə Hikmət əl-Hicri Şamın nəzarəti altında yaşamağa qarşı çıxır, bu məsələdə dirəniş göstərir. Onun İsraillə əlaqələrinin olduğu bildirilir. Məhz bu səbəbdən Hikmət əl-Hicri Druzları Şama qarşı üsyana səsləyib. Mətbuatda yayılan məlumatlara əsasən, Suriya hökuməti Bakıda İsrail rəsmiləri ilə keçiriləcək görüşdən öncə Druzlarla bağlı əməliyyat planı hazırlayıb. Çünki Şam hesab edirdi ki, əgər Bakıda razılaşma baş tutmasa, İsrail Druz kartından istifadə edərək Şama qarşı təzyiq göstərə bilər. Hazırda Suriyada təxminən 700 min, Livanda 150 min, İsraildə isə 100 minə yaxın druz yaşayır. İsraildəki druzlar ölkə cəmiyyətinə inteqrasiya olunublar, parlamentdə təmsil olunurlar və əsasən Colan təpələrində məskunlaşıblar. Qeyd edilməlidir ki, İsrail Müdafiə Qüvvələrinin elit bölmələrindən biri olan “Colan qrupu” əsasən druzlardan ibarətdir”.

Ekspert Druzların Şama tabe olacağı halda nə baş verəcəyindən bəhs edib:

“İsrail Druzlar vasitəsilə Suriyada bufer zona yaratmağa çalışır. Digər tərəfdən, Druzlar daxildə İsrail hökumətinə də təzyiq göstərirlər ki, bu da Baş nazir Benyamin Netanyahunun mövqeyinə təsir edir.

Ümumilikdə, Suveyda əyalətində mübarizə hələ başa çatmayıb. İyulun 15-də Druzlar əyalət mərkəzini yenidən nəzarətə götürüblər. İsrail tərəfi isə Suriyadan Colan təpələrini İsrail ərazisi kimi tanımağı tələb edir. Mövcud proseslər də bu tələb fonunda baş verir və onun məntiqi nəticəsi kimi qiymətləndirilə bilər. Əgər Druzlar Şama tabe olarsa və Suveyda əyaləti tam nəzarətə götürülərsə, bu, Şam üçün mühüm problemin həlli anlamına gələcək və Şaraa hökuməti bundan sonra Kürd məsələsinə daha çox diqqət ayıra biləcək.

Lakin Druzlar arasında hələ də mübarizəni davam etdirmək niyyətində olan qruplar var və İsraillə münasibətlər bu məsələyə təsir göstərməkdə davam edir. Bu baxımdan, mübarizənin hələ uzun müddət davam edəcəyini söyləmək mümkündür”.

Qeyd edək ki, son günlərdə druz və bədəvi tayfaları arasında qarşıdurmalar daha da şiddətlənib. Xüsusilə, Süveyda vilayətində baş verən qanlı toqquşmalarda 30-dan çox insanın həlak olduğu, 100-dən artıq yaralının olduğu açıqlanıb. Bölgədə 18 suriyalı əsgərin öldürüldüyü, 9-nun isə əsir götürüldüyü iddia olunur. İsrailin müdafiə naziri Yoav Qallant və Baş nazir Benyamin Netanyahu, Suriya ordusuna məxsus hərbi hədəflərə qarşı aviazərbələr endirdiklərini açıqlamışdı. Bu hücumlar xüsusilə Süveyda yaxınlığında yerləşən hərbi anbarlar və konvoylara qarşı həyata keçirilib.

Qiymət Mahir

FOTOLAR

Suriyada gərginlik: Ölkə yenidən “barıt çəlləyi”nə dönür? — 1
XƏBƏR LENTİ
01 IYUN 2026
“Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident İlham Əliyev Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Bütün Xəbərlər