Seçki hesabı: 102-ci BAZA QALIR — Paşinyan NƏ PLANLAYIR?

Seçki hesabı: 102-ci BAZA QALIR — Paşinyan NƏ PLANLAYIR?
27.02.2026 17:04 Təhlil

Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 26-da Polşada diplomatik nümayəndələr və analitiklərlə keçirdiyi görüşdə ölkəsinin Rusiya ilə hərbi əməkdaşlığına dair diqqətçəkən açıqlama verib. 

O bildirib ki, Ermənistanın Rusiyaya məxsus 102-ci hərbi bazanın ölkədən çıxarılması ilə bağlı hər hansı planı yoxdur və rəsmi İrəvan Moskva ilə mövcud tərəfdaşlıq münasibətlərini davam etdirir. 


Paşinyanın sözlərinə görə, Ermənistan və Rusiya arasında iqtisadi və siyasi əlaqələr möhkəm olaraq qalır və iki ölkə arasında sıx əməkdaşlıq mövcuddur. 

Bu açıqlama regionda baş verən geosiyasi dəyişikliklər, eləcə də Ermənistanın son dövrlərdə Qərblə münasibətlərini genişləndirməyə çalışdığı bir mərhələdə səsləndirilməsi baxımından diqqət çəkir.

Bəs Paşinyan 102-ci hərbi bazanı ölkədən çıxarmaq istəsə belə, bu nə dərəcədə mümkündür və belə bir addımın hansı nəticələri ola bilər?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) sədrinin Beynəlxalq Məsələlər üzrə müavini Elşən Mustafayev Ermənistanın Baş nazirinin Polşada Rusiya ilə bağlı verdiyi açıqlamaların təsadüfi olmadığını deyib:


“Ölkədə iyun ayında parlament seçkiləri keçiriləcək və Rusiyanın bu seçkilərə müxtəlif vasitələrlə müdaxilə etməsi gözlənilir. Belə bir vəziyyətdə onun bu cür bəyanatlar vermə ehtimalı əvvəlcədən də gözlənilən idi. Ermənistandakı 102-ci baza müqavilə əsasında hələ uzun illər orada qalmalıdır. Eyni zamanda Avrasiya İqtisadi İttifaqında (Aİİ) təmsil olunduğundan Ermənistanın Rusiya ilə siyasi, iqtisadi və hərbi əməkdaşlığının olduğunu deməsi də normaldır”.

BƏS PAŞİNYAN NƏ DƏRƏCƏDƏ SƏMİMİDİR? 


E.Mustafayev Paşinyanın bu cür bəyanatları məcburiyyətdən verdiyi qənaətindədir:

“Onun üçün iyun ayındakı seçkiləri qazanmaq əsas prioritetdir. Seçkilərdən sonra dünyada baş verən beynəlxalq vəziyyətdən asılı olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) da çıxa, müxtəlif yollarla 102-ci baza ilə bağlı müqaviləni vaxtından əvvəl ləğv edə bilər. Hətta gələcək üçün iqtisadi təminatlar əldə edəcəyi halda Aİİ-dən də çıxa bilər”.


Ekspertin sözlərinə görə, əslində, Paşinyanın “Rusiya ilə isti münasibətlərin olması” ilə bağlı bəyanatına rəsmi Moskva inanmır və bunun situasiyaya uyğun səsləndirildiyini bilir:

“Ona görə də yaxın üç ayda Ermənistandakı seçkilərə maksimum şəkildə təsir etməyə cəhd edəcək. Əgər bu müdaxilə özünü ciddi şəkildə göstərəcəksə, o zaman Paşinyan hətta seçkidən əvvəl Polşada verdiyi açıqlamaların tam əksini səsləndirərək, Rusiya əleyhinə bütün istiqamətlər üzrə kampaniyaya başlaya bilər”.

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Все новости