Rusiyanın Ermənistanla bağlı PLANI: Özünə yaxın siyasi fiquru hakimiyyətə gətirərək…

Rusiyanın Ermənistanla bağlı PLANI: Özünə yaxın siyasi fiquru hakimiyyətə gətirərək…
09.07.2025 13:34 Təhlil

“Gümrüdəki Rusiya hərbi kontingentinin gücləndirilməsi ilə bağlı konkret əmr verildiyi barədə məlumatlar yayılıb. Bu informasiyanın nə dərəcədə həqiqətə uyğun olduğunu yalnız kəşfiyyat xidmətləri dəqiqləşdirə və təsdiqləyə bilər. Lakin belə bir məlumatın mediaya sızdırılması təsadüfi deyil, məqsədlidir”.

Politoloq Natiq Miri bunu TodayPress TV-yə danışarkən deyib.

Analitikin izahına görə, Rusiya doğrudan da Gümrüdə yerləşən hərbi bazaya əlavə canlı qüvvə göndərirsə, bu, ilk növbədə Kremlin Ermənistandakı geosiyasi maraqları ilə bağlıdır:

“Çünki son günlər Ermənistanda ictimai-siyasi sabitliyi pozmağa və hakimiyyət çevrilişinə yönəlmiş prosesin üstü açılıb. Bu proseslərin arxasında Rusiyanın dayandığı açıq şəkildə sezilir. Ermənistan rəhbərliyi də verdiyi bəyanatlarda dolayı yollarla məhz bu faktora işarə edir.

Hazırda Ermənistan sərhədlərində nə İran, nə Türkiyə, nə də Azərbaycan Rusiya üçün təhlükə təşkil edir. Əgər real xarici təhlükə yoxdursa, bəs Rusiya niyə Gümrüdəki hərbi kontingentini gücləndirməyə ehtiyac duyur? Bu sualın cavabı aydındır: məsələ Ermənistanın daxilində mümkün olan çevriliş ssenarisi və ya ona hazırlıqla bağlıdır. Rusiya vəziyyətin qarışacağı təqdirdə Ermənistanda özünə yaxın siyasi fiquru hakimiyyətə gətirmək üçün öncədən mövqe tutmağa çalışır.

Bu yanaşma, eyni zamanda, Rusiyanın Ermənistan vasitəsilə Azərbaycana təzyiq göstərmək planını da gündəmə gətirir. Belə ki, Kremlə bağlı qüvvənin Ermənistanda iqtidara gəlməsi istənilən anda Azərbaycana qarşı hərbi təxribat törətmək üçün bir mexanizmə çevrilə bilər. Bu isə növbəti Azərbaycan-Ermənistan qarşıdurmasının planlaşdırıldığını istisna etmir”.

Siyasətçi digər ehtimaldan da bəhs edib:

“Nəhayət, bu məlumatın mediada dövriyyəyə buraxılması bəlkə də həm Ermənistanı, həm də Azərbaycanı xəbərdar etmək məqsədi daşıyır. Yəni bu, “perspektivdə Rusiya belə bir addımı ata bilər” mesajıdır və Moskvanın bölgəyə yönəlik barmaq silkələməsidir. Əgər Ermənistan tərəfi bu məlumatı təkzib edirsə, deməli, hələlik praktik addımlar atılmayıb. Amma bu cür addımların atılıb-atılmayacağı yaxın gələcəkdə Ermənistandakı proseslərin inkişafı ilə birbaşa bağlı olacaq”.

Qeyd edək ki, Ukrayna ordusunun Baş Kəşfiyyat İdarəsi bu günlərdə iddia irəli sürüb ki, Rusiya Gümrüdəki bazasında hərbçilərinin sayını artırır, təyyarələrlə bazaya əlavə hərbçlilər göndərir və bu Azərbaycanla gərginləşən münasibətlərin fonunda baş verir. Ermənistan XİN bu iddiaları təkzib edib.  

Qiymət Mahir

FOTOLAR

Rusiyanın Ermənistanla bağlı PLANI: Özünə yaxın siyasi fiquru hakimiyyətə gətirərək… — 1
XƏBƏR LENTİ
31 MAY 2026
İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Bütün Xəbərlər