Rusiya və Ermənistan dəhlizdən istifadə edə bilər… – AÇIQLANDI

Rusiya və Ermənistan dəhlizdən istifadə edə bilər… – AÇIQLANDI
10.09.2025 11:47 Təhlil

“Azərbaycan Zəngəzur dəhlizini beynəlxalq kommunikasiya kimi qiymətləndirib”.

Politoloq Tofiq Abbasov bunu TodayPress TV-yə açıqlamasında deyib. 

“Uğurun arxasına keçən “valideynlər”

O bildirib ki, Zəngəzur dəhlizinin mahiyyəti və təyinatı son dərəcə aktualdır və bu prosesin önündə gedən Azərbaycan Respublikasıdır:

“Rusiya tərəfi də, Ermənistan tərəfi də bunu yaxşı başa düşürlər. Ancaq belə bir məsəl var: Uğurun həmişə “valideynləri” çox olur, ancaq uğursuzluq həmişə yetimdir. Burada da uğurun arxasına keçən “valideynləri” görürük. Onlar elə bir şərait formalaşdırmaq istəyirlər ki, guya Zəngəzur dəhlizi reallaşdıqdan sonra yalnız Rusiya ilə Ermənistanın ehtiyaclarını ödəyəcək, onlar üçün yararlı olacaq. Halbuki Azərbaycan bunu beynəlxalq kommunikasiya kimi qiymətləndirib və bu məsələnin müəllifliyi də Azərbaycan Prezidenti İlham Əliyevə aiddir.

“Rusiyanın və Ermənistanın dəhlizdən istifadəsinə etiraz etmirik”

Ekspert müharibə bitdikdən sonra həm ermənilər, həm də rusların bundan agah olduğunu qeyd edib:

“Məsələ 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın doqquzuncu bəndində açıq şəkildə göstərilib. Əgər Azərbaycan qələbə qazanmasaydı, bu məsələ meydana gəlməzdi. Şərtlərdən biri də ondan ibarət idi ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz, gömrüksüz, sərhədçilərin nəzarəti olmadan əlaqə yaradılsın. Çünki bu, Azərbaycanın təbii haqqıdır. Müharibəni udan tərəfin həm üstünlüyü, həm də tələbləri olur. Biz Rusiyanın və Ermənistanın bu dəhlizdən istifadəsinə etiraz etmirik. Faktiki olaraq Azərbaycan Respublikasının Prezidenti bildirib ki, bu dəhliz bütün maraqlı tərəflərin ehtiyaclarını ödəməlidir”.

“Kommunikasiyalar işlək vəziyyətdə olmalıdır”

T.Abbasov, həmçinin Çin və Hindistanın bölgəmizdə olan kommunikasiyalara ehtiyacından bəhs edib:

“Artıq Çin Xalq Respublikası da bəyan edir ki, “Kəmər və Yol” layihəsi çərçivəsində məhz bölgəmizdə olan kommunikasiyalara çox böyük ehtiyacı var. Nə qədər bu kommunikasiyalar şaxələnərsə, bir o qədər yaxşıdır. Çünki bu gün Uzaq Şərqdə, Şərqi Asiyada iki böyük nəhəng dövlət var: Çin və Hindistan. Onlar həm nüfuzlarına, həm geosiyasi çəkilərinə, həm istehsal potensiallarına, həm də texnoloji hazırlıqlarına görə dünyada birinci sırada duran məmləkətlərdir. Eyni zamanda artan iqtisadiyyata malikdirlər və onlara lazım olan əsas məsələ budur ki, bütün kommunikasiyalar işlək vəziyyətdə olsun.

Şimal dəhlizi artıq Ukrayna–Rusiya qarşıdurması səbəbindən işləmir. Cənub da müəyyən münaqişələr gedir. Ona görə də bu proseslər fonunda “Orta dəhliz” həqiqətən də ən böyük cazibəni özündə ehtiva edir. Həm də sabit və sakit şəraitdə fəaliyyət göstərəcəyi üçün ətrafına çoxsaylı tərəfdaş toplayır”.

“Dəhliz heç kimin inhisarında olmayacaq”

Siyasətçinin qənaətincə, Ermənistan tərəfi müxtəlif bəyanatlar səsləndirə, müxtəlif şüarlar irəli sürə bilər. Bunlar öz yerində, ancaq bu, o demək deyil ki, dəhliz onların inhisarında olacaq. 

“Xeyr, bu, heç kimin inhisarında olmayacaq. Prinsip etibarilə, 8 avqustda Vaşinqtonda əldə edilən razılaşmalardan sonra bəlli oldu ki, burada Azərbaycanın rolu xüsusi əhəmiyyət daşıyır. Çünki bu təşəbbüs məhz Azərbaycanın təklifi ilə irəli sürülüb. Məhz buna görə ABŞ Prezidenti Donald Tramp da öz etimad dəstəyini ifadə edərək bildirib ki, Amerika özəl şirkətləri prosesə qatıla bilər və heç bir narazılıq olmadan dəhliz funksiyasını həyata keçirə bilərlər. Hesab edirəm ki, bu məsələ ətrafında müxtəlif şayiələr yaymaq, yeni variasiyalar ortaya atmaq əlavə potensial yaratmır. Əksinə, yeni çaşqınlıqlar ortaya çıxarır”, - deyə politoloq əlavə edib. 

T.Abbasov sonda diqqətə çatdırıb ki, dəhliz Azərbaycanın irəli sürdüyü təşəbbüsdən qaynaqlanan layihədir. Biz çalışacağıq ki, Azərbaycan olaraq bundan həm özümüz istifadə edək, həm də tərəfdaşlarımız üçün əlverişli şərait yaradaq. Amma ən əsası odur ki, Naxçıvanla Azərbaycanın əsas hissəsinin birləşməsi problem yaratmadan təmin olunsun.

Qeyd edək ki, Moskva və İrəvan Ermənistanın cənubundan keçəcək nəqliyyat marşrutu məsələsini müzakirə edib. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Moskva hesab edir ki, bu, Rusiya və Ermənistan arasında əlaqəni gücləndirəcək.

“Əlbəttə, biz bu məsələni həm mənim İrəvana səfərim zamanı, həm də Həştərxanda azərbaycanlı həmkarlarımla görüşlər zamanı müzakirə etmişik. Bunun necə olacağı barədə anlayışımız var”, - o deyib.

Overçukun fikrincə, Zəngəzur dəhlizinin tikintisi Avrasiyanın ümumi nəqliyyat mənzərəsinin formalaşmasına kömək edəcək. 

Qiymət Mahir

TodayPress TV

FOTOLAR

Rusiya və Ermənistan dəhlizdən istifadə edə bilər… – AÇIQLANDI — 1
XƏBƏR LENTİ
05 IYUN 2026
Ürəyi məhv edən əsas amil [[açıqlandı ]] 00:37 Tramp dayanmaq bilmir: 70 ildir qalib gələ bilmədiyi dövlətə gözünü dikdi 07:53 Hər gün yaşıl çay içmək hansı nəticələrə gətirib çıxara bilər? 00:35 İranda tanınmış rejissor həbs edildi 23:50 Azərbaycanda bu ölkənin viza müraciət mərkəzi fəaliyyətə başladı 22:21 6 gün Everestdə ac-susuz qaldı - Təsadüfən tapdılar 22:07 Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI 21:02 Putin: "Rusiyanın Ermənistandan yalnız bir xahişi var" 23:45 Avropa çempionatının ən yaxşı oyunçusu seçildi 00:23 Trampdan İrana sərt mesaj: “ABŞ əsgərləri öldürülsə..." 00:30 Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırıldı 00:33 İran XİN region ölkələrinə xəbərdarlıq ETDİ 00:26 Hicran Hüseynova vəfat etdi - FOTO 23:19 Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu 23:47 Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazandılar 23:09 Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək 23:26 Atəşkəs uzun çəkmədi: İsrail və "Hizbullah" yenidən qarşılıqlı zərbələr endirdi 23:14 Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi 22:42 Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı 22:33 Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi 22:19 Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir 21:55 Blokadadan bəri İLK: Milyonlarla barel neft daşıyan tanker Hörmüzdən keçdi 22:11 Bütün Xəbərlər