“Qiymət ödəyiriksə, NƏTİCƏ OLMALIDIR!” –Vaşinqtona çağırış

“Qiymət ödəyiriksə, NƏTİCƏ OLMALIDIR!” –Vaşinqtona çağırış
17.03.2026 18:38 Təhlil

Fars körfəzində İrana qarşı hərbi əməliyyatların müddəti uzandıqca, regionun varlı ərəb dövlətlərinin iqtisadi itkiləri də həndəsi silsilə ilə artmaqdadır. Lakin iqtisadi ziyanın böyüməsinə baxmayaraq, bu ölkələrin siyasi prioriteti dəyişməz qalır.


“Reuters” agentliyinin diplomatik mənbələrə istinadən yaydığı məlumatlar göstərir ki, münaqişənin ilkin mərhələsində ehtiyatlı mövqe nümayiş etdirən bəzi ərəb paytaxtları, hazırda Vaşinqtonu hərbi prosesi yarımçıq qoymamağa və başladığı işi sona çatdırmağa çağırırlar. 

Maraqlıdır, bu yanaşma nədən xəbər verir?

Məsələ ilə bağlı TodayPress TV-də danışan Azərbaycan Ümid Partiyasının idarə heyətinin üzvü, politoloq Anar İsayev bildirib ki,  körfəz ölkələrinin mövqeyinin ilk baxışda ziddiyyətli görünsə də, əslində qısamüddətli ziyan və uzunmüddətli təhlükə hesablamasına əsaslandığını deyib:


“Bu, ilk baxışda ziddiyyətli görünür, amma əslində körfəz ölkələrinin davranışı daha çox qısamüddətli ziyan və uzunmüddətli təhlükə hesablaması ilə izah olunur. Bunun da bir neçə əsas səbəbi var:

1.  İranın regional təsirindən strateji qorxu.

Səudiyyə Ərəbistanı, BƏƏ və digərləri üçün əsas təhlükə təkcə müharibə deyil, İranın uzunmüddətli hegemonluğudur. Hər kəsə bəllidir ki, İran İraq, Suriya, Livan və Yəməndə çox ciddi təsir şəbəkəsi qurub. Körfəz ölkələrini raket və dronlarla dolayı təhdid edə bilir. Onlar düşünür ki, əgər ABŞ yarımçıq dayanarsa, İran daha da güclənəcək və “qalib çıxmış güc” kimi regionda diktə etməyə başlayacaq. Bu isə onlar üçün müvəqqəti iqtisadi zərərdən daha təhlükəlidir.

2. “Yarımçıq müharibə” qorxusu.

Bu körfəz ölkələri üçün ən pis ssenaridir. Müharibə başlayır, amma İran zəiflədilmədən bitir. Bu halda İran qisas motivasiyası ilə daha aqressiv ola bilər. Enerji infrastrukturlarına hücumlar arta, körfəz ölkələri birbaşa hədəfə çevrilə bilər. Ona görə də onlar deyirlər ki, əgər artıq başlanıbsa, nəticə alınmalıdır.

3. ABŞ-nin təhlükəsizlik zəmanətinə bağlılıq.

Bu ölkələrin təhlükəsizlik modeli böyük ölçüdə ABŞ-ə dayanır. Əgər ABŞ geri çəkilərsə, onun regiondakı etibarlılığı zəifləyər və körfəz ölkələri özlərini daha həssas hiss edər. Bu baxımdan, onlar Vaşinqtonu qətiyyətli görünməyə məcbur etməyə çalışırlar.

4. İqtisadi zərər və geosiyasi qazanc balansı.


Bəli, qısa müddətdə neft infrastrukturu risk altındadır, sığorta və logistika xərcləri artır. Amma uzun müddətdə əgər İran zəifləyərsə və ya məhdudlaşdırılarsa, körfəz ölkələri üçün daha sabit enerji bazarı və siyasi mühit yarana bilər.

5. Daxili və regional rəqabət faktoru.

Xüsusilə Səudiyyə Ərəbistanı üçün bu həm də İranla ideoloji (sünni–şiə) siyasi liderlik rəqabətidir. İranın zəifləməsi onların regiondakı mövqeyini gücləndirir”.

Ekspertin sözlərinə görə, bu ölkələr müharibəni istəmirlər, amma başlanmış müharibənin nəticəsiz qalmasından daha çox qorxurlar:

“Onların məntiqi belədir: “Əgər artıq qiymət ödəyiriksə, bu qiymət strateji nəticə verməlidir”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 июня 2026
Prezident İlham Əliyev Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 BP AÇG-də sərbəst təbii qaz hasilatına başladı 12:58 Fətəliyeva lideri təqib edir, ilk üçlükdə qərarlaşıb! 12:51 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib 12:47 Viza müraciətlərində YENİ DÖVR - Azərbaycan vətəndaşları... 12:28 İran BƏƏ-nin hava bazasına zərbə endirdi 12:24 FACİƏ! 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü 12:12 BMT-nin Baş katibi İlham Əliyevi təbrik etdi 12:08 Netanyahu fars imiş - DNT-si açıqlandı 12:03 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 2 10:02 Diplomatik danışıqlar iflasa uğrayır? ABŞ-nin Küveytdəki bazası vuruldu - VİDEO 11:50 Yayın ən səs-küylü transferlərindən biri reallaşa bilər! 11:43 Putindən bələdiyyə rəhbərləri ilə bağlı kritik sənəd: 1 oktyabradək vaxt verildi! 11:39 KTM: May ayında 85 nəfər zəhərlənib 11:39 İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı 11:34 Paris nəhəngi yay üçün ulduz ovuna başladı! 11:22 Şiələr “Ağ Ev"i ələ keçirdilər – Dünya belə "savaş" görməyib... 11:20 Prezident: Zəngəzur dəhlizi mütləq inşa ediləcək 11:17 Все новости